Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vahid Hacıyev: Dayanıqlı və yaşana bilən icmalar yaradılır

2 dəq
Paylaş:
Vahid Hacıyev: Dayanıqlı və yaşana bilən icmalar yaradılır

Yenidənqurma prosesi yalnız yol və digər infrastruktur layihələri ilə məhdudlaşmır. Bu, güclü iqtisadi təməlin, dayanıqlılığın əsas şərtlərindən biridir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycanda ağıllı və davamlı şəhər layihələri" tədbirində zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi deyib.

O qeyd edib ki, yeni iş yerlərinin yaradılması, investorlar üçün imkanların genişləndirilməsi və iqtisadi fəaliyyətin mümkün qədər səmərəli təşkili istiqamətində addımlar atılır.

V.Hacıyev dəmir yollarının və avtomobil magistrallarının yenilənməsi istiqamətində görülən işlərdən bəhs edib.

“Əsas məqsəd dayanıqlı və yaşana bilən formalaşdırmaqdır. Ağalı, Məmmədbəyli və Xıdırlı kəndləri də daxil olmaqla bir sıra bu yanaşma əsasında həyata keçirilir. Həmin kəndlər işğal dövründə tamamilə dağıdılıb və hazırda BMT-nin dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə yenidən qurulur. Layihələr “ağıllı infrastruktur”, rəqəmsal həllər və innovativ texnologiyalar əsasında həyata keçirilir. Məqsəd yalnız rahat yaşayış mühiti yaratmaq deyil, eyni zamanda dayanıqlı icmalar formalaşdırmaqdır”, - deyə Vahid Hacıyev vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax