Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cənubi Koreyada təyyarə qəzası ilə bağlı qurumlarda axtarış aparıldı

2 dəq
Paylaş:
Cənubi Koreyada təyyarə qəzası ilə bağlı qurumlarda axtarış aparıldı

Cənubi Koreyada 2024-cü ilin dekabrında 179 nəfərin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı aparılan istintaq çərçivəsində bir sıra dövlət qurumlarında aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 29 dekabr 2024-cü ildə “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaq davam edir.

İstintaq çərçivəsində polis Koreya Hava Limanları Korporasiyasının (KAC), Nazirliyinin və Busan Aviasiya Regional İdarəsinin binalarında axtarış keçirib.

Səlahiyyətlilər əməliyyatın hazırda 74 nəfərin şübhəli bilindiyi “peşəkar səhlənkarlıq” işi üzrə əlavə sübutların toplanması məqsədi daşıdığını bildiriblər.

Banqkok-Muan marşrutu üzrə uçuş həyata keçirən, “ 737-800” tipli “Jeju Air 7C2216” reysinin eniş şassisi 29 dekabr 2024-cü ildə Cənubi Koreyanın Muan şəhərinə eniş zamanı açılmayıb.

Təyyarədə 6 ekipaj üzvü və 175 sərnişin olmaqla ümumilikdə 181 nəfər olub. Təyyarə Muan Hava Limanının uçuş-enmə zolağına endikdən sonra idarəetmədən çıxaraq divara çırpılıb. Qəza nəticəsində 179 nəfər həyatını itirib.

Milli Yanğınsöndürmə Xidmətinin məlumatına görə, qəza zamanı 30 yaşlarında bir qadın və 20 yaşlarında bir kişi sağ qalıb.

Səlahiyyətlilər qəzanın təyyarənin eniş şassisindəki nasazlıqdan qaynaqlandığını açıqlayıb.

Bildirilib ki, ilk eniş cəhdi zamanı şassi açılmayıb və təyyarə ikinci cəhddə məcburi eniş etməyə çalışarkən qəzaya uğrayıb.

Cənubi Koreyanın aviasiya tarixində ən çox insan itkisinə səbəb olan qəza hesab edilən hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax