Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

HDQ-də yeni zabitlər and içdi

1 dəq
Paylaş:
HDQ-də yeni zabitlər and içdi

Dəniz Qüvvələrinin () N hissəsində "Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxış edənlər partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışıb, eləcə də təhlükəli maddələrə toxunmamaq və dərhal zərərsizləşdirmə qrupuna məlumat vermək tövsiyə olunub.

Sonda kursu uğurla başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax