Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını təklif edən qanun layihələri təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Sənədlərə əsasən, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin 3 fevral 2026-cı il saat 5:30-dan 3 maya qədər 90 gün uzadılması təklif olunur.
Qanun layihələri artıq baxılmaq üçün Ali Radaya təqdim edilib.
Parlament səsverməsindən sonra bu, 2022-ci ilin fevral ayında Rusiya ilə münaqişənin başlamasından bəri bu hüquqi rejimin 18-ci uzadılması olacaq.
Ali Rada sonuncu dəfə Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyi 2026-cı il fevralın 3-dək uzadıb.