Türkiyədə Şanlıurfa və Kahramanmaraş məktəblərinə edilən hücumlarla bağlı genişmiqyaslı əməliyyat həyata keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, aparılan istintaq çərçivəsində 83 nəfər barəsində həbs qərarı verilib.
Məlumata əsasən, hüquq-mühafizə orqanları 940 sosial media hesabına girişi bloklayıb, həmçinin teleqram messencerində fəaliyyət göstərən 93 qrupun fəaliyyəti dayandırılıb.
Bildirilib ki, rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində cinayət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən altı yetkinlik yaşına çatmayan şəxs də saxlanılıb.