Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Arşın mal alan" filmi Türkmənistanda nümayiş olunub

2 dəq
Paylaş:
"Arşın mal alan" filmi Türkmənistanda nümayiş olunub

Türkmənistanda keçirilən Mədəniyyəti Günləri çərçivəsində "Arşın " tammetrajlı bədii filminin nümayişi olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görkəmli rejissor, Xalq artisti Tağızadənin dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1965-ci ildə lentə aldığı "Arşın mal alan" qısa müddət ərzində ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.

Filmdə hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Varlı gənc tacir Əsgər evlənmək istəsə də, dövrün adət-ənənələri ona gələcək həyat yoldaşını əvvəlcədən görməyə imkan vermir. Buna görə də o, arşınmalçı qiyafəsinə girərək sevdiyi qızı tapmağa çalışır. Film məhəbbət, ailə dəyərləri və dövrün sosial münasibətlərini yumor və musiqi dili ilə təqdim edir. Əsər Azərbaycan kino tarixinin ən məşhur musiqili ekran nümunələrindən hesab olunur.

Ssenari müəllifi Tofiq Tağızadə və Muxtar Dadaş olan ekran əsərində Azərbaycanın tanınmış aktyorları rol alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax