Əsas məzmuna keç

Türkmənistanda "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

Türkmənistanda "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

Türkmənistan Dövlət Kitabxanasında baş tutan tədbirdə Molla Pənah Vaqif və Məhtimqulu Fəraqinin irsi müzakirə edilib. 19-cu guşənin açılışı nədən vacibdir?

ru en

Türkmənistanda keçirilən Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılış mərasimi olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər. Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılması əlamətdar mədəni hadisə kimi qiymətləndirilib. Bildirilib ki, bu, xarici ölkələrdə yaradılan 19-cu belə guşədir. Guşənin açılması Azərbaycanın görkəmli -ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan soydaşlarımızın, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün imkan yaradır.

Qeyd edək ki, yeni yaradılan guşədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair müxtəlif nəşrlər yer alıb. Gələcəkdə Azərbaycan Milli Kitabxanası tərəfindən guşənin yeni nəşrlərlə zənginləşdirilməsi istiqamətində davamlı addımlar atılacaq.

Sonra kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri, dövlət xadimi Vaqifin və türkmən ədəbiyyatının tanınmış siması Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi hər iki ədibin yaradıcılığı haqqında məlumat verib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Molla Pənah Vaqifin realist Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafında müstəsna rol oynadığını bildirib.

Türkmənistan Dövlət Kitabxanasının direktoru Laçın Nurməhəmmədova çıxışında deyib ki, Məhtimqulu Fəraqi türkmən ədəbi dilinin banisi və özündən sonra ədəbi məktəb yaradan görkəmli şairdir. Qeyd olunub ki, 2024-cü ildə UNESCO-nun mənzil-qərargahında şairin 300 illiyi münasibətilə “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala konsert keçirilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…