Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tokioda ibtidai məktəbdə yanğın: 10 nəfər xəsarət alıb

2 dəq
Paylaş:
Tokioda ibtidai məktəbdə yanğın: 10 nəfər xəsarət alıb

Yaponiyanın paytaxtı Tokio şəhərində məktəblərin birində ciddi hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü səhər saatlarında “Takinogawa No. 3 Elementary School”un dördüncü mərtəbəsindəki musiqi otağında başlayan alov qısa müddətdə yuxarı mərtəbələrə yayılıb və binanı qatı tüstü bürüyüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisə zamanı məktəbdə olan 300-ə yaxın və işçi heyəti təhlükəsiz şəkildə binadan çıxarılıb.

Yanğın nəticəsində 10 nəfər yüngül xəsarət alıb. Zərərçəkənlərin əksəriyyətinin tüstüdən zəhərləndiyi bildirilir.

Hadisə yerindən yayılan görüntülərdə yanğınsöndürənlərin üçüncü və dördüncü mərtəbələrin pəncərələrindən daxil olaraq alovu söndürməyə çalışdıqları müşahidə olunub.

Hazırda səlahiyyətli orqanlar yanğının başvermə səbəblərini araşdırır.

Məktəb rəhbərliyi və fövqəladə hallar vəziyyətin nəzarət altına alındığını təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax