Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

EHİS strukturunda Elektron iştirakçılıq altsistemi yaradılır

2 dəq
Paylaş:
EHİS strukturunda Elektron iştirakçılıq altsistemi yaradılır

İnformasiya Sisteminin (EHİS) strukturunda "Elektron " altsistemi yaradılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham Əliyev Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, altsistem vasitəsilə aşağıdakılar təmin olunacaq:

- "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi;

- "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsi.

Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Fərmana əsasən, bu Fərmandan irəli gələn məsələləri həll etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə altsistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax