Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməliyyat zamanı şübhəli bilinən şəxslər məsuliyyətə cəlb olunublar.
Saxlanılan şəxslər – İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalovdur.
Həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.