Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın bir sıra bölgələrində yağış yağır – faktiki hava

1 dəq
Paylaş:
Azərbaycanın bir sıra bölgələrində yağış yağır – faktiki hava

Azərbaycanda fevralın 3-də bəzi rayonlarda yağıntılı müşahidə olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, saat 10:00-da ölkənin bir sıra ərazilərində alınıb. Yağıntının miqdarı Sarıbaşda (Qax) 4 mm, Şahbuz və Sədərəkdə 3 mm, Kişçayda (Şəki) 2 mm olub. Naxçıvan, Şərur, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuz rayonlarında isə 1 mm yağıntı düşüb.

Hazırda bəzi bölgələrdə qərb istiqamətli külək əsir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25 m/s, Şahdağda 20 m/s, Qobustanda 18 m/s, Bakı və yarımadasında isə 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında 12 dərəcə, Naxçıvan Muxtar Respublikasında 10 dərəcə, Aran rayonlarında 16 dərəcə, dağlıq ərazilərdə isə 14 dərəcəyədək isti alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax