Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

2 dəq
Paylaş:
FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi () ölkə ərazisində gözlənilən kəskin ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 5-dək , intensiv yağıntılar, bəzi ərazilərdə yağması və temperaturun xeyli enməsi gözlənilir.

FHN güclü külək zamanı yüngül konstruksiyalardan, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmağı tövsiyə etmir. Küləkli havalarda yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi əməl olunmasının vacibliyi vurğulanır.

Nazirlik soyuq hava ilə əlaqədar və elektrik qızdırıcılarından istifadə zamanı diqqətli olmağa çağırır. Nasaz və qeyri-standart qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi yüklənməməli, işlək vəziyyətdə olan cihazlar nəzarətsiz buraxılmamalıdır.

Dağlıq ərazilərdə yaşayanlara isə şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməmək, zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını məlumatlandırmaq, avtomobillərin texniki vəziyyətini və yanacaq ehtiyatını təmin etmək tövsiyə olunur. Qar uçqunu təhlükəsi olan ərazilərdən uzaq durmaq və hava qaralmadan geri qayıtmaq məsləhət görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax