Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub

1 dəq
Paylaş:
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, xarakterli intensiv yağış yağıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 33, Naxçıvan MR-da 35, rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax