Pakistanın Lahor şəhərində baş verən bina uçqunu nəticəsində 11 nəfər həyatını itirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, üçmərtəbəli yaşayış binası naməlum səbəblərdən dağılıb. Hadisə yerinə dərhal xilasetmə və tibbi yardım qrupları göndərilib.
Məlumata görə, dağıntılar altında qalan insanların çıxarılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.
Hadisə nəticəsində eyni ailənin 11 üzvü həlak olub. Dağıntılar altından çıxarılan 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda binanın uçma səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.