İran Ali Lideri Əli Xameneinin ölümü ilə bağlı Pakistanın Kəraçi şəhərində, ABŞ konsulluğu qarşısında keçirilən etiraz aksiyasında toqquşmalar baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Mövcud vəziyyətlə əlaqədar ölü və yaralıların sayının artacağı istisna olunmur.