Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mərmərə dənizində 2 gəmi toqquşdu: itkin düşənlər var

2 dəq
Paylaş:
Mərmərə dənizində 2 gəmi toqquşdu: itkin düşənlər var

Mərmərə dənizində Silivri şəhəri sahillərində altında iki ticarət gəmisi toqquşub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi ilə toqquşub.

Qəza barədə məlumatdan sonra Sahil Mühafizəsi , Mərmərə və Boğazlar Regional Komandanlığından çoxsaylı dəniz qüvvələri bölmələri, eləcə də Sahil Mühafizəsi helikopteri əraziyə göndərilib.

İlkin baxış zamanı ALSU gəmisində ziyanın olmadığı müəyyən edilib. Qeyd olunur ki, TUĞBERK İMAMOĞLU adlı ticarət gəmisinin göyərtəsindəki 10 heyət üzvü ilə əlaqə kəsilib.

Gəminin heyət üzvlərinin xilas olunması üçün bölgədəki dəniz və hava qüvvələri bölmələri tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə