Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mədəniyyət Nazirliyində yeni təyinat oldu

2 dəq
Paylaş:
Mədəniyyət Nazirliyində yeni təyinat oldu

Nazirliyinin Aparatında ilk mərhələdə struktur təkmilləşdirilməsi həyata keçirilib, və bölmələrin fəaliyyəti optimallaşdırılıb. Əsas məqsəd idarəetmədə səmərəliliyin artırılması və mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsidir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konsepsiyada nəzərdə yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir.

"Bu baxımdan, Mədəniyyət Nazirliyinin Aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə aparatın yenilənmiş strukturunda konsepsiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib".

Eyni zamanda vurğulanıb ki, həyata keçirilən optimallaşdırmadan sonra Mədəniyyət Nazirliyinin ilə iş üzrə sektor müdiri Aynur Kərimova olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax