Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çində pulemyot və raketlərlə təchiz olunmuş dron yaradılıb

1 dəq
Paylaş:
Çində pulemyot və raketlərlə təchiz olunmuş dron yaradılıb

Çin mühəndisləri şəhər şəraitində döyüş əməliyyatları aparmaq üçün yaradılmış bir nəfərlik, olunan " ZR-300" kvadrokopterinin prototipini nümayiş etdiriblər.

“Operativ Məlumat Mərkəzi-OMM” "Army Recognition" nəşrinə istinadən xəbər verir ki, ağır uçuş aparatı atıcı və raket silahları ilə edilib.

İriqabaritli kvadrokopter yüksək manevr qabiliyyətinə, eləcə də şaquli uçuş və eniş etmək bacarığına malikdir. Bu xarakteristikaları sayəsində o, sıx şəhər tikililəri şəraitində səmərəli fəaliyyət göstərə bilər. "ZR-300"ün mərkəzi bölməsində pilot-operator kabinəsi yerləşdirilib. Bununla belə, aparat pilotsuz rejimdə, həmçinin opsional idarə olunan platforma kimi fəaliyyət göstərə bilir.

Kvadrokopterin silah kompleksinə pulemyotlar, idarə olunmayan aviasiya raketləri blokları və idarə olunan raketlər daxildir. Elektrikli "ZR-300" kütləsi 200 kiloqrama qədər olan faydalı yük daşımaq üçün nəzərdə tutulub. Maşının döyüş radiusu 120 kilometr təşkil edir, maksimal isə saatda 180 kilometrə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax