Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

2 dəq
Paylaş:
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Xətai Rayon İdarəsinin Dövlət Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə edən 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, aparılan yoxlama zamanı M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, M.Əfəndiyevin qəbul etdiyi müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə