Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İyun ayında bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəyədək yüksələcək

3 dəq
Paylaş:
İyun ayında bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu ilin iyun ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək proqnozlaşdırılır. Aylıq yağıntı miqdarının da əsasən iqlim norması daxilində, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Ayın ilk günlərində bəzi rayonlarda arabir yağıntılı müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var.

Bölgələr üzrə temperatur proqnozu:

  • Bakı və yarımadası: Orta aylıq temperatur 23-25°C isti olacaq. temperaturun 27-32°C, bəzi günlərdə isə 35-38°C-yə çatacağı gözlənilir.
  • Naxçıvan MR: Orta aylıq temperatur 23-26°C təşkil edəcək. Gündüz saatlarında temperatur 24-29°C, bəzi günlərdə isə 34-39°C isti olacaq.
  • Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy: Orta aylıq temperatur 18-22°C, gündüzlər isə 20-25°C, bəzi günlərdə 30-35°C isti olacağı proqnozlaşdırılır.
  • Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan: Orta aylıq temperatur 19-23°C, gündüzlər 20-25°C, bəzi günlərdə 28-33°C isti olacaq.
  • Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli: Orta aylıq temperatur 22-25°C, gündüzlər 27-32°C, bəzi günlərdə 35-38°C isti olacaq.
  • Şimal və şimal-qərb rayonları: Orta aylıq temperatur 20-24°C, gündüzlər 23-28°C, bəzi günlərdə 34-39°C isti olacaq. Dağlıq ərazilərdə gündüz temperatur 13-18°C, bəzi günlərdə 20-25°C isti olacaq.
  • Yevlax, Kürdəmir, İmişli və digər mərkəzi aran rayonları: Orta aylıq temperatur 25-28°C, gündüzlər 28-33°C, bəzi günlərdə isə 35-40°C isti olacaq.
  • Masallı, Lənkəran, Astara və ətraf rayonlar: Orta aylıq temperatur 21-25°C, gündüzlər 27-32°C, bəzi günlərdə 34-38°C isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax