Operativ Məlumat Mərkəzi

İrlandiyada fırtına nəticəsində evlər və mağazalar su altında qaldı

2 dəq
Paylaş:
İrlandiyada fırtına nəticəsində evlər və mağazalar su altında qaldı

Çandra fırtınasının yaratdığı güclü İrlandiyada onlarla evi və müəssisəni su altında qoyub.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Dublin ən güclü daşqınlardan çəkən ərazilərdən olub. Ölkənin və cənub-şərq bölgələrində bir neçə çay məcrasından çıxıb, bəzi ərazilərdə isə aylıq yağıntının yarısına qədər yağış alınıb.

Məlumata görə, güclü yağışlar hava və dəmir yolu nəqliyyatında da ciddi problemlər yaradıb. Mütəxəssislər həftənin sonunadək daşqın riskinin davam edəcəyini bildirirlər.

Nəşr qeyd edir ki, daşqının əsas səbəblərindən biri kimi təsirlənmiş ərazilərdə bu cür fəlakətlərin qarşısını almaq üçün müvafiq infrastrukturun olmaması göstərilir. Xüsusilə, fırtına zamanı sahillərindən daşan çaylardan birinin dərinləşdirilməsi və qoruyucu divarların inşası üçün nəzərdə tutulan 51 milyon avroluq layihənin reallaşdırılmaması vəziyyəti daha da ağırlaşdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax