Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda Ali rəhbər və generallar öldürüldü

2 dəq
Paylaş:
İranda Ali rəhbər və generallar öldürüldü

ABŞİsrailin birgə hücumları nəticəsində İranın Kəşfiyyat Nazirliyinin generalı Sərdar öldürülüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Həmçinin, ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən digər yüksəkvəzifəli şəxslərin siyahısı açıqlanıb. Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun () baş komandanı general-mayor Məhəmməd Pakpur və ali dini liderin müşaviri Əli Şamxani yer alıb.

Siyahıda eyni zamanda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi Əmir Nəsirzadənin adı var. Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın silahlı qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində on dörd hərbi bazasına hücum təşkil edib.

Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax