Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda “İnternet Pro” qalmaqalı üzrə geniş araşdırma başladı

2 dəq
Paylaş:
İranda “İnternet Pro” qalmaqalı üzrə geniş araşdırma başladı

İranda “İnternet ” kimi tanınan imtiyazlı çıxışı ilə bağlı araşdırma başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin başçısı Möhsəni açıqlama verib.

Bildirilib ki, o, sözügedən internet imkanının müəyyən edilmiş meyarlara uyğun olmayan şəxslərə verildiyi ilə bağlı məlumatlardan narahatlığını ifadə edib.

Qeyd olunub ki, Ejei bu xətlərin yalnız müəyyən ixtisas sahiblərinə və xüsusi qruplara təqdim edilməli olduğunu xatırladıb.

Məlumata görə, o, bəzi hallarda bu imkanın həmin meyarlara uyğun olmayan şəxslərə də verildiyini bildirib.

Bildirilib ki, Məhkəmə Hakimiyyətinin rəhbəri məsələ ilə bağlı baş prokurora və müvafiq yoxlama qurumuna araşdırma aparılması barədə tapşırıq verib.

Qeyd edilib ki, o, pilləli internet çıxışının bu cür paylanmasının korrupsiya riskləri yarada biləcəyini vurğulayıb.

Məlumata əsasən, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax