Operativ Məlumat Mərkəzi

Qəzzada 12 günlük körpə sərt soyuqdan öldü

2 dəq
Paylaş:
Qəzzada 12 günlük körpə sərt soyuqdan öldü

12 sərt soyuq nəticəsində həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Qəzza zolağındakı açıqlama yayıb.

“12 günlük körpə həddindən artıq soyuq səbəbindən Rantisi Xəstəxanasında edib”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, qış mövsümündən bəri Qəzzada soyuqdan qoruna bilmədiyi üçün həyatını itirən uşaqların sayı 11-ə çatıb.

İsrailin atəşkəsə baxmayaraq yardım girişini məhdudlaşdırdığı Qəzza zolağında yüz minlərlə insan primitiv çadırlarda yaşamaq uğrunda mübarizə aparır. Bölgədə təsirli olan güclü yağış və fırtına çadırları yararsız hala salıb, xüsusilə azyaşlı uşaqlar isə soyuğa tab gətirə bilmir.

Atəşkəs razılaşması 10 oktyabr tarixində qüvvəyə minsə də, Qəzzadakı humanitar vəziyyətdə gözəçarpacaq yaxşılaşma müşahidə olunmayıb.

İsrailin razılaşmada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsi, ərzaq, dərman, tibbi ləvazimatlar, yanacaq və sığınacaq vasitələrinin girişini məhdudlaşdırması böhranın davamlı xarakter almasına səbəb olur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax