Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada dəhşətli qatar qəzası: Maşinist öldü, 16 yaralı var

2 dəq
Paylaş:
Fransada dəhşətli qatar qəzası: Maşinist öldü, 16 yaralı var

Fransanın şimalında çərşənbə axşamı səhər saatlarında yüksəksürətli qatarın avadanlıq daşıyan maşını ilə toqquşması nəticəsində qatarın maşinisti həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 16 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir.

Qəza baş verən an qatarda 200-dən çox sərnişinin olduğu bildirilir.

Dövlətə məxsus "" dəmir yolu şirkətinin açıqlamasında qeyd olunur ki, qəza yerli vaxtla saat 07:00 radələrində Bully-les-Mines qəsəbəsi yaxınlığında baş verib.

Fransanın naziri Filip Tabaro "X" sosial şəbəkəsindəki paylaşımında qəzanın Pas-de-Kale regionunda, Lans şəhəri ilə Betün qəsəbəsi arasında baş verdiyini təsdiqləyib.

Nazir hadisə yerinə yola düşdüyünü və "SNCF" rəhbərliyi ilə əlaqə saxladığını vurğulayıb.

Regional dəmir yolu operatoru "TER" isə Betün-Lans xətti üzrə hərəkətin günün sonuna qədər dayandırıldığını elan edib. Həmkarlar ittifaqının rəsmisi sərnişinlərin xəsarətlərinin həyati təhlükə daşımadığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax