Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Pul Pervogo” teleqram kanalının yaydığı görüntülərdə liderlərin tərcüməçilərin iştirakı ilə qeyri-rəsmi şəraitdə söhbət etdiyi əks olunub.
Mənbənin məlumatına görə, dövlət başçıları arasında müzakirələr intensiv xarakter daşıyıb və “non-stop” rejimində davam edib.
Görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin ŞƏT-ə üzv ölkələrə müraciət edərək dünyada silahlı münaqişələrin təhrik edilməsinin qarşısının alınması üçün birgə səylərin vacibliyini vurğulayıb.
Putin təşkilat çərçivəsində əməkdaşlığın Avrasiya qitəsində sülh və sabitlik mühitinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.