Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və rayonlarda sabah 39 dərəcəyədək isti olacaq

1 dəq
Paylaş:
Bakı və rayonlarda sabah 39 dərəcəyədək isti olacaq

Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub- küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax