Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və Abşeronda güclü külək əsir: Faktiki hava şəraiti

2 dəq
Paylaş:
Bakı və Abşeronda güclü külək əsir: Faktiki hava şəraiti

Azərbaycanıln əksər yerlərində yağıntılı davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9, Qubada 8, Şahdağda 7, Qubadlı, Laçında 6, Zaqatala, Goranboyda 4, Naxçıvan, Sədərək, Göygöl, Tərtər, Beyləqanda 3, Gədəbəy, Qusar, Şəki, Xaçmaz, Yevlax, Biləsuvarda 2, Gəncə, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Bərdə, Göyçay, Zərdab, Ağstafa, Kürdəmir, İmişli, Sabirabad, Neftçala, Ağdam, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və yarımadasında 1 mm-dək alınıb.

Bəzi yerlərdə -qərb küləyi əsib, küləyin maksimal Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan və Daşkəsəndə 18 m/s-yə çatıb.

İyunun 12-də saat 15:12 radələrində Qazax rayonunun bəzi kəndlərinə, saat 16:22 radələrində Tovuz rayonuna, saat 17:30 radələrində Daşkəsən rayonunun Qaraqollar kəndinə diametri 15-20 mm, eyni zamanda rayonun Alaxançallı, Çanaqçı, Şahkərəm kəndlərinə, saat 18:47-18:51 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndinə diametri 10 mm, saat 20:30 radələrində Kəlbəcərə, saat 21:48-21:55 radələrində Laçın rayonunun Sus kəndinə diametri 10-12 mm, saat 23:30-23:39 radələrində Zəngilan rayonunun Məmmədbəyli kəndinə diametri 12-15 mm olan dolu düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax