Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nadir avtomobillərə güzəştlər başladı

3 dəq
Paylaş:
Nadir avtomobillərə güzəştlər başladı

Azərbaycana nadir () avtomobillərin gətirilməsi zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında bir şəxs təqvim ili ərzində yalnız bir nadir avtomobili güzəştli şərtlərlə ölkəyə edə biləcək.

Təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.

Bu məqsədlə Mədəniyyət Nazirliyi "Nadir (raritet) avtonəqliyyat vasitələrinin Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları"nı hazırlayıb.

Qaydalara əsasən, Nazirlik yanında fəaliyyət göstərəcək Ekspert Komissiyası müraciətlərə baxacaq və avtomobillərin nadir (raritet) statusuna uyğun olub-olmaması barədə rəy verəcək. Qiymətləndirmə zamanı avtomobilin tarixi və mədəni əhəmiyyəti, nadirliyi, kolleksiya dəyəri, orijinallığı, texniki vəziyyəti və digər meyarlar nəzərə alınacaq.

Yeni mexanizmin tətbiqi nadir avtomobillərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmasına, həmçinin tarixi və kolleksiya dəyəri yüksək olan avtomobillərin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.

Güzəştli idxal üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin müraciətlərinin qəbulu 9 iyul 2026-cı il saat 14:00-dan başlayır. Müraciətlər my.culture.az informasiya sistemi vasitəsilə elektron qaydada qəbul olunacaq.

Müraciətlər iki mərhələdə qiymətləndiriləcək. İlk mərhələdə təqdim olunan sənədlər yoxlanılacaq, daha sonra Ekspert Komissiyası avtomobili ekspertiza və qiymətləndirmədən keçirəcək.

Əlavə məlumat almaq istəyənlər Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax