Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın tarixi irsi üçün mühüm və tarixi qərar qəbul edildi

2 dəq
Paylaş:
Azərbaycanın tarixi irsi üçün mühüm və tarixi qərar qəbul edildi

Dövlət Agentliyinin (DTA) idarəçiliyində olan əsas məkanları üçün dayanıqlı idarəetmə planları hazırlanıb və tətbiq olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu DTA yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, dayanıqlılıq turizm siyasətinin əsas istiqamətlərindən biridir və bu yanaşma ölkənin irs məkanlarının idarə olunmasında da tətbiq edilir: "Şəki, Xınalıq və Agentliyin idarəçiliyində olan digər irs məkanlarının hər biri üçün dayanıqlı idarəetmə planı mövcuddur. Bu planlar yalnız UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş məkanlar üçün deyil, digər tarixi və mədəni irs obyektləri üçün də hazırlanıb".

F. Zenqstşmid bildirib ki, həmin sənədlər irs məkanlarının uzunmüddətli qorunmasını təmin etməklə yanaşı, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, iqtisadi dayanıqlılıq və turizm fəaliyyətinin balanslı inkişafı kimi istiqamətləri də əhatə edir: "DTA tarixi və mədəni irsin qorunması ilə turizmin inkişafı arasında balansın təmin edilməsini dayanıqlı turizm siyasətinin əsas prioritetlərindən biri hesab edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax