Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat təsdiq edilib.