Azərbaycanda hüquqi şəxslər kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilmək üçün 2 750 manat dövlət rüsumu ödəyəcəklər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.