Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava yağışlı olacaq: Sinoptiklərdən rəsmi xəbərdarlıq

2 dəq
Paylaş:
Sabah hava yağışlı olacaq: Sinoptiklərdən rəsmi xəbərdarlıq

Aprelin 15-i Bakını Hansı Hava Gözləyir?

Aprelin 15-də Bakı və yarımadasında yaşayanları arabir yağan yağış gözləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Proqnoza görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında isə yağıntılarda fasilə olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz isə 13-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 75-85 % səviyyəsində olacaq.

Bölgələrdə Hava Necə Olacaq?

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir , ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların olacağı və şimşək çaxacağı ehtimal edilir.

Səhər saatlarından etibarən qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə səhər saatlarında duman müşahidə olunacaq.

Havanın temperaturu aran rayonlarında gecə 6-9° isti, gündüz 15-20° isti olacaq. Dağlarda isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax