Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əməkhaqqında cins ayrı-seçkiliyi ləğv edilə bilər - Təklif

4 dəq
Paylaş:
Əməkhaqqında cins ayrı-seçkiliyi ləğv edilə bilər - Təklif

Azərbaycanda işəgötürənlərin vəzifə və məsuliyyəti artırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək məqsədilə Məcəlləsinə yeni dəyişikliklər edilir.

İşəgötürənləri Hansı Yeni Öhdəliklər Gözləyir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Məcəlləyə təklif olunan daha bir dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur.

İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Gender Bərabərliyi və Beynəlxalq Öhdəliklər: Nə Dəyişir?

Sənəddə vurğulanıb ki, Əmək Təşkilatının 100 nömrəli KonvensiyasınaAvropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır.

Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir. Azərbaycanda əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zərurəti məhz bu beynəlxalq öhdəliklərdən irəli gəlir.

Layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə -seçkiliyin qarşısının alınması gücləndirilir.

Qanunvericilikdə "Bərabər Dəyərli İş" Anlayışı Necə Tənzimlənəcək?

Layihədə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna təklif olunan dəyişikliklər də yer alır. Sənədə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Belə ki, cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.

Mövcud qayda bərabər dəyərli iş üçün bərabər əməkhaqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar qanunun 9.1-ci maddəsi yeni redaksiyada təklif edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax