Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Narkotik dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edildi

2 dəq
Paylaş:
Narkotik dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edildi

İlin ilk 7 ayında (yanvar-iyul) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3282 nəfər məsuliyyətinə cəlb edilib, onlardan 33-ü xarici ölkə vətəndaşıdır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Məsuliyyətə cəlb edilənlərdən 3188-i kişi, 94-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır. 2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində həmin vətəndaşların sayı 31 nəfər azalıb.

Həmçinin məsuliyyətə cəlb edilmiş 33 xarici ölkə vətəndaşından ümumilikdə 385 kq 433,185 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.

Məlumatda diqqətə çatdırılıb ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax