Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” sənədində dəyişiklik edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, bir sıra mallar, o cümlədən avtomobil benzini üçün gömrük rüsumları ayrı-ayrı müəyyən ediləcək.
Qərar imzalandıqdan sonra 30 gün ərzində qüvvəyə minəcək.