Əsas məzmuna keç

Hərbi silahların dövriyyəsi qaydası dəyişdi

Hərbi silahların dövriyyəsi qaydası dəyişdi

Baş nazir Əli Əsədov döyüş sursatı və texnikasının alqı-satqısı, idxal-ixracı ilə bağlı yeni qərar imzaladı. Nazirlər Kabinetinin müəyyən etdiyi yeni tələblər nələrdir?

en ru

mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə nəzarəti tənzimləyən normativ aktda dəyişikliklər edib. Söhbət “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın, eləcə də fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq bu sahədə tələb olunan əlavə şərtlərin təsdiqi barədə 8 may 2006-cı il tarixli qərardan gedir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, müvafiq dəyişikliklərlə bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsi, o cümlədən satışı, idxalı və ixracı üçün tətbiq olunan əlavə tələblər dəqiqləşdirilib. Belə ki, edilən məhsullar istisna olmaqla, bu kateqoriyaya aid hərbi texnika, silah və sursatın satışında prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması əsas şərt kimi müəyyən edilib. Eyni zamanda, texnoloji və konstruktor sənədlərinin, eləcə də texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və mövcud standartlara uyğun olması tələb olunur. Bundan əlavə, istehsal prosesində ərizəçi tərəfindən icra edilən mərhələlərin adı və təsviri barədə ətraflı məlumat təqdim edilməlidir.

Qərarla həmçinin döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə dair əlavə şərtlər də müəyyənləşdirilib. Bu sahədə də idxal olunan ehtiyat hissələri istisna olmaqla, satış zamanı istehsal prosesinin texnoloji sənədlərə uyğun qurulması, müvafiq sənədlərin normativ hüquqi aktlara və standartlara cavab verməsi, texniki şərtlərin qanunvericilik tələblərinə uyğunluğu və istehsal mərhələləri barədə məlumatın açıqlanması tələb edilir.

Qeyd olunan dəyişikliklər hərbi təyinatlı məhsulların dövriyyəsində nəzarət mexanizmlərinin gücləndirilməsi və hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədi daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…