Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanda kokain qaçaqmalçılığı ifşa edildi

2 dəq
Paylaş:
Ermənistanda kokain qaçaqmalçılığı ifşa edildi

Ermənistana hava nəqliyyatı ilə 845 qram kokain gətirməkdə şübhəli bilinən vətəndaşı saxlanılaraq həbs edilib. Bu barədə məlumatı Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in mediasına istinadən verdiyi xəbərə görə, DGK-nın Qaçaqmalçılıqla mübarizə şöbəsinə bir müddət əvvəl Niderland vətəndaşı R.D.-nin ölkəyə gəlişi və üzərində daşıması ilə bağlı məlumatı daxil olub. Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, sözügedən şəxs Vyana–İrəvan reysi ilə Ermənistana gəlib və paytaxtdakı hotellərdən birində yerləşib.

Əməliyyat çərçivəsində R.D. gömrük nəzarəti zonasına dəvət olunaraq rentgen qurğusu vasitəsilə yoxlanılıb. Müayinələr zamanı onun qarın boşluğunda şübhəli yad cisimlər aşkarlanıb. Bundan sonra şübhəli şəxs tibb müəssisəsinə aparılıb və orqanizmindən içərisində kokain olan 50 kapsul çıxarılıb.

DGK-nın məlumatına əsasən, aparılan əməliyyat-axtarış tədbirləri zamanı daha iki nəfər – A.P. və S.M. saxlanılıb və Qaçaqmalçılıqla mübarizə şöbəsinə gətirilib. Hər üç şəxs barəsində Ermənistan Cinayət Məcəlləsinin 393 və 399-cu maddələri ilə başlanıb, onların yaşayış yerlərində də axtarışlar aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax