Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ağsuda saxta məmur qadın saxlanıldı

1 dəq
Paylaş:
Ağsuda saxta məmur qadın saxlanıldı

Ağsuda dələduzluq yolu ilə vətəndaşları aldadaraq onların pulunu ələ keçirməkdə şübhəli 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə məlumat Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupu tərəfindən verilib.

Məlumata görə, saxlanılan şəxs özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək zərərçəkmişlərə yalan vədlər verib. O, əvvəlcədən ödəniş müqabilində vətəndaşları sosial güzəştli mənzillə təmin edəcəyinə inandırıb.

Bu qanunsuz üsulla vətəndaşlardan ümumilikdə 8 min manatdan artıq vəsait əldə edilib.

Hazırda faktla bağlı başlanılıb və müvafiq araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax