Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ dəhşətli faciə ilə nəticələnib və bir ailənin səkkiz üzvünün həyatına son qoyub.
“Operativ Məlumat Mərkəzi-OMM” "Al Arabiya" nəşrinə istinadən xəbər verir.
Səhiyyə Nazirliyinin məlumatına görə, yeraltı təkanlar aprelin 3-ü axşam saatlarında ölkənin şimal-şərqindəki Bədəxşan vilayətində, 186 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ paytaxt Kabil də daxil olmaqla, bir neçə regionda güclü hiss olunub.
"Kabil vilayətinin Qosfənd-Dərə rayonunda zəlzələ nəticəsində bir ailənin səkkiz üzvü həlak olub", - deyə Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman bildirib. O əlavə edib ki, faciə zamanı ailədən yalnız iki yaşlı bir uşaq sağ qalıb.