Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfər çərçivəsində qonağın Kamran Əliyevlə təkbətək görüşməsi nəzərdə tutulub.
Həmçinin iki ölkənin prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanması gözlənilir.