Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gəmi heyəti və sərnişin siyahısı qaydaları təsdiqləndi

3 dəq
Paylaş:
Gəmi heyəti və sərnişin siyahısı qaydaları təsdiqləndi

Rəqəmsal İnkişaf və Nazirliyinin Kollegiyası "Gəmi üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları"nı təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər venrir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, gəmi heyəti üzvlərinin siyahısı kapitan tərəfindən aparılır.

Gəmi heyəti üzvlərinin siyahısına gəmi haqqında aşağıdakı daxil edilir:

- gəminin adı;

- gəminin Dəniz Təşkilatı nömrəsi;

- gəminin çağırış siqnalı;

- gəminin səfər nömrəsi;

- gəminin giriş/çıxış limanının və ya dəniz əməliyyatları bazasının adı;

- gəminin limana və ya dəniz əməliyyatları bazasına girişin/çıxışın tarixi;

- gəminin milli mənsubiyyəti (bayraq dövləti);

- gəminin tərk etdiyi son limanın və ya dəniz əməliyyatları bazasının adı.

Bundan başqa, gəmi heyəti üzvlərinin siyahısına gəminin hər bir heyət üzvü haqqında aşağıdakı məlumatlar daxil edilir:

- soyadı, adı;

-gəmidə tutduğu vəzifə;

- vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı;

- doğulduğu yer və tarix;

- cinsi;

- dənizçinin sənədi, olmadığı təqdirdə şəxsiyyəti təsdiq edən müvafiq sənədi və ya sərhədkeçmə sənədi barədə məlumatlar (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti);

Həmçinin gəmi sərnişinlərinin siyahısına aşağıdakı məlumatlar daxil ediləcək:

-gəminin adı;

-gəminin milli mənsubiyyəti (bayraq dövləti);

-habelə şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədi (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti), vizanın (tələb olunduğu təqdirdə) seriya və nömrəsi, yaxud müvəqqəti və ya daimi yaşama icazəsinin (olduğu təqdirdə) seriya və nömrəsi, minmə/enmə limanı və ya dəniz əməliyyatları bazası, tranzit keçib-keçməməsi barədə məlumatlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax