Əsas məzmuna keç

ÜST təhlükəli superbakteriyanın sürətlə yayılması barədə xəbərdarlıq edib

ÜST təhlükəli superbakteriyanın sürətlə yayılması barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hipervirulent Klebsiella pneumoniae və ya Klebsiella kimi tanınan antibiotiklərə davamlı bakteriyanın bütün dünyada sürətlə yayılması barədə xəbərdarlıq ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ÜST-nin rəsmi saytında məlumat verilib.

Klebsiella pnevmoniya, sidik yollarının infeksiyaları, meningit və digər ciddi xəstəliklərə səbəb olan patogen mikroorqanizmdir. Bakteriyanın hipervirulent daha böyük təhlükə yaradır, çünki o, hətta sağlam immun sistemi olan insanlar üçün də təhlükəlidir və sürətlə irəliləyən, infeksiyaya səbəb olur.

Klebsiella antibiotikə davamlıdır. Çünki, bakteriya son illərdə həm köhnə, həm də müasir olan digər antimikrob dərmanlardan qorunma əldə edib. ÜST aydınlaşdırıb ki, bu gün Klebsiella 16 ölkədə, o cümlədən , , Yaponiya, Hindistan, İran, Kanada və Böyük Britaniyada aşkar edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…