ÜST: Koronavirusun yeni ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir

ÜST: Koronavirusun yeni ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir
28.08.2023 14:23
Aa
dəq

“COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Naxçıvanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi bir müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım olduğunu deyib: “İnsanlar təşvişə düşmədən özlərini qorumağa davam etmələridirlər. Azərbaycan da qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Əgər EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.

H.Harmancı onu da bildirib ki, pandemiya dövründə Azərbaycan səhiyyə sahəsini səfərbər edə bilib: “Ölkə bununla vacib işlər görməyi bacardı. Yeni ştamlara qarşı görüləcək tədbirlər də əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına düzgün riayət etmək. Özümüzü yaxşı hiss etmiriksə evdə qalmaq, maskadan istifadə etmək. Yeni EG.5 ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu