ABŞ hakimiyyəti yanvar ayında müsadirə edilmiş tankerlərdən birini Venesuelaya qaytaracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən gəmi yanvarın 7-də Karib dənizinin beynəlxalq sularında müsadirə edilən "Sofiya" supertankeridir.
Bu, ABŞ administrasiyasının Venesuelaya qaytardığı ilk müsadirə edilmiş tankerdir.
Qeyd olunub ki, hələlik bu qərarın səbəbləri izah edilmir. Nə Amerika, nə də Venesuela tərəfləri hələlik bu xəbərə münasibət bildirməyib.