ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın yeni təyin olunmuş Baş naziri Endi Börnhemlə telefon danışığı apardığını və yaxın gələcəkdə onunla görüşəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Birləşmiş Krallığın yeni Baş naziri Endi Börnhemlə çox yaxşı söhbətim oldu. Bir çox mövzunu, o cümlədən ölkələrimiz arasındakı münasibətləri müzakirə etdik. Qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün çox da uzaq olmayan gələcəkdə görüşəcəyik", - tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Börnhemin qarşısında böyük vəzifələr dayanır və o bu işlərin öhdəsindən gələcək.
Tramp həmçinin vurğulayıb ki, telefon danışığında Şimal dənizində neft hasilatı, ticarət əlaqələri, hərbi müttəfiqlik, Hörmüz boğazının minalardan təmizlənməsi, eləcə də digər beynəlxalq məsələlər də müzakirə edilib.
Qeyd edək ki, Endi Börnhem Böyük Britaniya kralı III Çarlz tərəfindən Baş nazir təyin olunduqdan sonra ilk telefon danışıqlarını ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə aparacağını açıqlamışdı.