"ABŞ İrana son hücum dalğası zamanı 250 milyon dollar dəyərində sursatdan istifadə edib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Dünən gecə onların üzərinə 250 milyon dollar dəyərində bomba atdıq", - o qeyd edib.
ABŞ lideri qeyd edib ki, İranda quru əməliyyatı keçirmək istəmir.
"Onlar bizimlə razılaşmaq üçün danışıqlar aparırlar. Onlar həqiqətən də razılaşmaq istəyirlər", - Tramp vurğulayıb.