İsfahan vilayətinin səmasında ABŞ-yə məxsus MQ-9 Reaper tipli silahlı pilotsuz uçuş aparatı məhv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-yə məxsus MQ-9 Reaper tipli PUA İsfahan səmasında inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi tərəfindən vurulub.
Digər tərəfdən, Xark adası yaxınlığında da ABŞ-nin İranın “Şahid-136” adlı kamikadze pilotsuz aparatını kopyalayaraq istehsal etdiyi “Lucas” adlı PUA-nın müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Qeyd olunub ki, bu son müdaxilə ilə İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri tərəfindən ölkə üzrə indiyədək vurulan ABŞ-İsrailə məxsus pilotsuz uçuş aparatlarının sayı 168-ə çatıb.