Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və Səudiyyə Ərəbistanı İrana bağlı qruplara zərbə endirdi

2 dəq
Paylaş:
ABŞ və Səudiyyə Ərəbistanı İrana bağlı qruplara zərbə endirdi

ABŞ və qüvvələri İraqda İran tərəfindən dəstəkləndiyi bildirilən silahlı qruplaşmalara qarşı birgə hava əməliyyatı keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı açıqlamaya görə, əməliyyat ABŞ hərbçilərinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna qarşı mümkün təhdidlərin qarşısını almaq məqsədi daşıyıb.

İraqın "Xalq Səfərbərlik Qüvvələri"nin (PMF) məlumatına əsasən, zərbələr nəticəsində azı 20 döyüşçü həlak olub, 32 nəfər yaralanıb. Hücumların Bağdad, Vasit, Nineva, Bəsrə, Kərkük, Kərbəla və Diyalə vilayətlərində yerləşən qərargahlara yönəldiyi bildirilib.

Məlumata görə, zərbələr nəticəsində hərbi texnika və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. İran mediası isə "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH/IRGC) dörd hərbi müşavirinin öldüyünü təsdiqləyib.

İraqın Əli əl-Zeydi hadisə ilə bağlı təcili iclası keçirib. O, Xarici İşlər Nazirliyinə hüquqi tədbirlərin görülməsi üçün göstəriş verib.

Bölgədə fonunda digər təhlükəsizlik hadisələri də baş verib. Misirin "Damietta" limanındakı maye təbii qaz (LNG) terminalında partlayış və yanğın qeydə alınıb. İlkin məlumatlara görə, hadisəyə pilotsuz uçuş aparatının (PUA) zərbəsinin səbəb olduğu bildirilib.

Həmçinin İordaniya hava hücumundan müdafiə sistemlərinin İrandan atıldığı bildirilən beş raketi zərərsizləşdirdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp administrasiyası isə İrana qarşı sərt cavab tədbirlərinin görüləcəyini bəyan edib.

Yaxın Şərqdə artan gərginlik fonunda Səudiyyə Ərəbistanı Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq koalisiya yaradılması təşəbbüsü ilə çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax