Əsas məzmuna keç

Uruqvaya uçan təyyarə hava boşluğuna düşüb

Uruqvaya uçan təyyarə hava boşluğuna düşüb

turbulentlik nəticəsində azı 30 sərnişin xəsarət alıb. Bildirilib ki, təyyarə Madriddən Montevideoya uçurakən Braziliyanın Natal şəhərində təcili eniş...

“Air Europa” şirkətinə məxsus İspaniyadan Uruqvaya “ 787-9 ” təyyarəsi hava boşluğuna düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, turbulentlik nəticəsində azı 30 sərnişin xəsarət alıb.

Bildirilib ki, təyyarə Madriddən Montevideoya uçurakən Braziliyanın Natal şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

May ayında Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus təyyarənin sərnişini güclü turbulentlik səbəbindən dünyasını dəyişmişdi.

Bundan başqa, daha 34 sərnişin müxtəlif xəsarətlər almışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…